Ekspert: "Nömrəsiz maşın sürmək artıq cəmiyyətdə ikrah hissi doğurur"

"Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxaraq avtomobili idarə edirlər ki, bu da qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
"Əlavə olaraq bildirim ki, həmin sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görüləcək", - deyə T.Nəsirli bildirib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dövlət qeydiyyat nişanı olmadan avtomobili idarə etmək olmaz:
“Bu qayda pozuntusudur və ona görə nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilər. Əgər dövlət qeydiyyat nişanı üzərindədirsə, və ya baqajda gizlədibsə, cərimə tətbiq edilir və nömrə yerinə bağlanır. Belə hallar üçün cərimə məbləği 50-100 manat arasında dəyişir. Bununla yanaşı, avtomobilin hüquqi rejimi ilə bağlı daha ciddi cəzalar da tətbiq oluna bilər. Belə adamlar təbii ki, məsuliyyətdən yayınmaq məqsədilə bunu edirlər. Amma bu inzibati xətadır. Nəzərə almaq lazımdır ki, bu hərəkət artıq cəmiyyətdə ikrah hissi doğurur. İnsanlar belə adamlara normal biri kimi baxmırlar, ədəbsizlik kimi qəbul edirlər. Xüsusən də indi Vətən qarşısında xidmətləri olan bəzi şəxslər qazi adından bu cür lazımsız formada istifadə edirlər. Çox biabırçı bir haldır”.
(sherg.az)
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










