Elektrik avtomobillərinin ölkəyə gətirilməsi asanlaşdırılır? - AÇIQLAMA

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir).
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu elektrik avtomobilləri ilə bağlı tətbiq edilən güzəştlərdən biridir:
“Bu güzəşt nəticəsində ölkəyə yalnız elektriklə hərəkət edən bu tipli nəqliyyat vasitələrini gətirdikdə güzəşt onlara şamil olunacaq. Yəni, əsas hədəf elektrikli avtomobillərin ölkəyə gətirilməsini daha da stimullaşdırmaqdır.
Əvvəllər də bu stimullaşdırıcı addımlar atılıb, sadəcə həmin vaxt tətbiq edilən qərar yalnız avtobuslara və digər minik avtomobillərinə olub. İndiki qərar isə həm də yük maşınları ilə bağlıdır. Yəni, elektrikli yük maşını gətirdikdə vətəndaş artıq bu güzəştlərdən istifadə edə biləcək”.(demokrat.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










