Elektrik avtomobillərinin üstün və mənfi tərəfləri BƏLLİ OLDU - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

"Elektrik avtomobilləri ilə bağlı ölkə səviyyəsində təbliğat aparılır. Əsas hədəf bu tipli nəqliyyat vasitələrinə marağı artırmaqdır".
Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu maşınlara marağın artmasının əsas səbəblərindən biri havada olan karbon dioksid emissiyalarının azaldılması üçün elektrik avtomobillərinin rolunun böyük olmasıdır: "Sadəcə dövrümüzə yeni bir icad kimi həyatımıza daxil olan bu avtomobillərin də təbii ki, müəyyən problemləri, nöqsanları var. Elektrik avtomobillər mobil telefon kimi bir texnologiyadır. Biz onu təzə-təzə istifadə etdikdə onun enerji tutumu daha çox olur, amma müəyyən bir müddət keçdikdən sonra enerji səviyyəsi azalır. Çünki bu avtomobillər istifadə olunduqca bu proses belə olmalıdır və biz buna təbii proses kimi də baxa bilərik. Amma buna insanların narahat olduğu bir proses kimi də baxa bilərik ki, niyə bu avtomobillər belə olmalıdır.
Ola bilsin ki, gələcəkdə elə bir texnologiya çıxar ki, bu problem aradan qalxmış olar. Eləcə də gələcəkdə tamam yeni bir sistem ortaya çıxa bilər heç elektrik deyil tamam başqa bir vasitə olan hidrogenlə çalışan avtomobil istehsal oluna bilər. Bu məsələlər gələcəyin məsələlərdir amma bizdə gözləyirik və ümid edir ki, daha üstün texnologiyalar ortaya çıxacaq.
Elektrik avtomobillər isə bu gün ən müasir, ən son texnologiyalı vasitədir. İmkanı olan hər kəsdən gözləyirik ki, bu avtomobillərə keçid etsin. Birincisi həm təzə avtomobildir, yəni elektrik avtomobili alırsınızsa ili təzə avtomobildir. İkincisi isə belə desək ətraf mühitə zərər vurmur. Sadəcə elektrik doldurma stansiyalarının yoxluğu, servis usta xidmətinin hələ də tam formalaşmaması müəyyən çətinliklər yaradır. Ümid edir ki, bu çətinliklər də aradan qalxar".
(sia.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










