Əslində yolu belə çəkmək lazımdır, amma bizdə başqa cürdür - VİDEO

Əslində, yollar belə olmalıdır. Xətlər və asfalt maşının faralarının işığını əks etdirməlidir. Bunun üçün həmin xətlərin də, asfaltın də tərkibinə işıqqaytarıcı elementlər - şüşə qırıntısı, aliminium tozu və digər qatqılar qatılmalıdır. Hələ sovet dönəmində bunu edirdilər və yolda işıq olmasa belə maşının işığı sürücü üçün aydın mənzərə yaradırdı. Amma indi belə mənzərəni Azərbaycanda cəmi 3 gün görmək olar, o da yol yeni asfaltlanıb xətlənəndə. Sonra oğulsan o xətti tap. Hələ dumana düşəndə, qar yağanda sürücü üçün əsl zillət başlayır, nə yol kömək etmir, nə xətt, nə də digər vasitələr...
Bu görüntüləri avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev çəkib. İtaliyada çəkilən bu videoya baxanda bir sürücü kimi həsəd aparmamaq olmur. Yol maşının işığı düşdükcə sanki öz-özünə işıqlanır, xətlər fosfor kimi parıldayıb işıq saçır. Belə yolda sürücü “görmədim, qaranlıq idi” deyib qəzaya düşməz. Qəzaların əsas səbəblərinə nəzər salanda yol infrastrukturunun bərbad vəziyyətdə olduğunu da önə çəkmək lazımdır. Dünya təcrübəsi dedikdə təkcə köhnə asfaltı qaşıyıb yenisini vurmaq yox, onu necə vurmaq önəmli olmalıdır. Altı aydan bir dağılan yollar əsl göz dağıdır.
Yol ki, sürücü ilə "danışmadı", düzgün və aydın istiqamət vermədi, yol polisi bir cür, yolçəkənlər başqa cür işarələr çəkib sürücüləri tora saldı, o yolda qəza da olacaq, ölüm də, xəsarət də...
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?












