Express avtobuslara tələbat artır - SƏBƏBLƏR AÇIQLANDI

2024-cü ildə "BakuBus" MMC-nin “Hava limanı express” avtobuslarından 483 991 nəfər istifadə edib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Həmin il sözügedən avtobuslara 208 578 nəfər minib.
Bu, ekspres avtobuslara artan tələbatdan xəbər verir. Mövcud statistika belə düşünməyə əsas verir ki, sərnişinlər daha çox ekspress avtobuslara üstünlük verirlər.
Sözügedən tendensiyanı dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, hava limanları ilə bağlı dünyada yanaşmalar fərqlidir: “Hava limanları sərnişinlərin çox istifadə etdiyi bir məkandır. Burada da ictimai nəqliyyatın müxtəlif növlərinin olması təbiidir. Bizdə, təəssüf ki, hava limanına əvvəllər yalnız şəxsi avtomobil və ya taksiylə hərəkət etmək imkanı var idi. Son dövrlərdə ekspres avtobuslar yaradılıb. Əslində koronavirus pandemiyasından əvvəl də bu var idi. Lakin mövcud vəziyyətlə əlaqədar olaraq onların istifadəsi dayandı. İndi Azərbaycaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözügedən marşrut xətlərinin fəaliyyətini bərpa edib. Kifayət qədər sərnişin axını var”.
Ekspert bunu sözügedən nəqliyyatın ucuzluğu ilə əlaqələndirib: “Taksi ilə gedəndə təxminən 20 manat ödəməli olursan. Amma ekspres avtobus xətləri müəyyən saatlarda, daha ucuz qiymətə sərnişinləri aparıb çatdırır. Ona görə də axın var. İnsanlar arasında da təbliğat işi aparılır. AYNA bu ekspres avtobusların haradan hərəkət etdiyi, ödənişin nə qədər olduğu və s. haqqında vətəndaşlara məlumat verir. İnsanlar da görür ki, bu, əlverişli variantdır. Xüsusilə gündüz vaxtları ekspres avtobuslardan istifadə daha çox olur və bu tendensiya getdikcə artır”.
(cross.media)
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










