"Nə sürücüdə, nə də sərnişində günah var, çıxış yolu avtobusların..." - AÇIQLAMA

Son zamanlar əksər vətəndaşlar avtobuslarda sıxlığın olması ilə bağlı narazılıqlar edir. Xüsusilə qeyd edirlər ki, sürücülər avtobusda kifayət qədər sərnişin olmasına baxmayaraq, arxa və ya orta qapılardan digərlərini keçirir və bu da diskomfort yaradır. Loru dildə desək, insanlar “üst-üstə” yol getməli olurlar.
Maraqlıdır, avtobuslarda ümumiyyətlə sərnişin sayı nə qədər olmalıdır? Sürücülərin həddindən artıq sərnişin yığması necə qiymətləndirilməlidir?
Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, avtobusların sayı hələ də narahatlıq doğuran məsələ kimi qalıb:
“Bakı şəhərinə bu gün 2700-2800 avtobus tələb olunursa, bunun hələlik 2100 ədədini xətdə görürük. Qalan çatışmazlıq sərnişinlər arasında sıxlığa səbəb olur. Avtobuslar intervalı gecikdirəndə daha çətin vəziyyət yaranır. Nağdsız ödənişlə işləyən bəzi avtobus sürücüləri də bu vəziyyətdən istifadə edir və çalışırlar ki, daha çox sərnişin daşıyaraq daha çox pul qazansınlar. Ona görə arxa qapı, yan qapı – harada boş yer görsələr saxlayırlar ki, camaat minsin. Əslində prinsipcə, burada da qəbahətli bir iş görmürəm. Çünki insanlar yolda qalıb, onlar hansısa formada daşınmalıdır. Amma “üst-üstə” də yox.. Tamahkarlıq bir tərəfə, bəzən sürücülər də görür ki, məsələn, yaşlı qadındır, saatlarla dayanıb gözləyir, avtobusu saxlayıb götürür, bu zaman başqaları aqressiv yanaşır, götürməyəndə həmin şəxs narazılıq edir ki, yolda qaldım, avtobus məni götürmədi və.s. Yəni vəziyyət belədir. Normal hal deyil, lakin əlimizdə olan resurslar bu cür xidmət göstərməyə imkan verir”.

Müsahibimiz qeyd etdi ki, hər bir avtobusda sərnişin sayı istehsalçı zavod tərəfindən müəyyənləşdirilir:
“Hər bir avtobusun salonunda bu barədə məlumat lövhəsi yerləşdirilir – ayaqüstə daşınacaq sərnişinləri sayı, oturacaq sayı..Amma bəli, həqiqətən də bəzi sürücülər bunu nəzərə almır, qaydalara əməl etmir. Lakin sürücüləri də qınamaq olmur, çünki onlar sərnişinləri saya bilmir, elə bir imkanları yoxdur ki, bunu etsinlər. Belə həssas məsələlər var, bəzən özümüzü də o sürücülərin yerinə qoyanda görürük ki, fiziki olaraq bunu müəyyənləşdirmək çətindir. Sürücü salondakı sərnişinləri necə saya bilər? Yaxud dayanacaqda saxlayır, vətəndaş zorla da olsa, özünü avtobusa “atır” ki, yolda qalıb...Ən optimal çıxış yolu avtobusların sayını artırmaq, intervalı qısaltmaq və vətəndaşlara düzgün xidmət göstərməkdir. Bu gün ölkə başçısı şəxsən bu məsələləri tənzimləmək üçün özü səy göstərir, çalışır. Bu günkü müşavirənin də nəqliyyat məsələlərinə həsr olunması bunu deməyə əsas verir”.
Qeyd edək ki, yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
(sfera.az)
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











