Piyadaların təhlükəsizliyi nə dərəcədə qorunur? - Ekspertdən AÇIQLAMA - FOTO

Şəhərlərdə və nəqliyyatın sıx olduğu bölgələrdə piyadaların təhlükəsizliyi hər zaman aktual mövzulardan biridir. Yol hərəkəti qaydalarına riayət edilmədikdə və ya infrastruktur lazımi səviyyədə olmadıqda piyadalar üçün təhlükə daha da artır.
Xüsusilə, işıqforlarla tənzimlənməyən və ya zəif işıqlandırılan keçidlərdə risk daha böyükdür.
Bəs piyadalar üçün keçidlər kifayət qədər təhlükəsizdirmi?
Mövzu ilə bağlı yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, piyadalar üçün keçidlərin təhlükəsizliyi bu gün heç də ürəkaçan vəziyyətdə deyil:

“Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Bakı şəhəri və ətraf ərazilərinin nəqliyyat infrastrukturu ilə bağlı dövlət proqramında bu məsələyə xüsusi diqqət yetirilib. Proqramda piyada keçidlərində eskalatorların, liftlərin vəziyyətinin yoxlanılması və mövcud şəraitin nəzərdən keçirilməsi qeyd olunub.
Piyadalar üçün normal əlçatan şərait yaradılmalıdır. Mövcud problemlərin öz həllini tapacağı gözlənilsə də hazırkı vəziyyətdə bu problemlərin hələ də mövcud olduğu açıq-aydın görünür. Bəzi yerlərdə keçidlərin hərəkət üçün əlverişsiz olması, keçidlər arasındakı məsafənin uzaqlığı, bəzi ərazilərdə ümumiyyətlə keçidlərin olmaması insanları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir ki, bu da onların həyatını təhlükəyə atır. Bu baxımdan, mövcud qanunvericiliyə və dövlət proqramına əsaslanaraq problemləri təhlil edib aradan qaldırmaq vacibdir”.
Ekspert əlavə olaraq qeyd edib ki, əgər piyadalar üçün normal şərait və infrastrukturu ən yüksək səviyyədə təşkil edilərsə, piyadavurma hadisələrinin sayında azalma müşahidə oluna bilər:

“Hazırda Azərbaycanda qeydə alınan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən 50%-i piyadaların iştirakı ilə baş verir. Statistikaya görə, hər il yol qəzalarında təxminən 800 nəfər dünyasını dəyişirsə, bunun 400-ə yaxını piyadalardır. Əgər bu vəziyyət dəyişərsə, Azərbaycan yol-nəqliyyat hadisələri baxımından inkişaf etmiş ölkələr sırasında yer ala bilər”.
Eltac Zülfüqaroğlu
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











