Qəsəbə sakinləri ilə nəşriyyat nümayəndəsi arasında qarşıdurma böyüyür

Nardaran sakinləri "Azərbaycan" nəşriyyatının nümayəndəsi Azər Qasımovdan şikayət edirlər. Avtosfer.az xəbər verir ki, sputnik.az-a müraciət edən şikayətçilər onlara məxsus əmlakın A.Qasımov tərəfindən mənimsənildiyini iddia edirlər.
Onların sözlərinə görə, vaxtilə Jurnalistlər İttifaqının balansına keçirilən ərazidə tikiləcək bina mübahisələrə səbəb olub. Lakin daha sonra bu binanın inşası yarımçıq qalıb. Sakinlər bildirirlər ki, yarımçıq qalmış həmin bina 1999-cu ildə Nardaran pirinə hədiyyə edilib. Deyilənə görə, A.Qasımov isə hazırda həmin əraziyə iddialı ola bilmədiyi üçün burada yaşayanların əmlakına göz dikib. Və uydurma iddia tələbi ilə məhkəməyə müraciət edib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Sputnik Azərbaycan-a danışan A.Qasımov hazırda bu məsələnin məhkəmədə olduğunu dedi: "Bu məsələ ilə bağlı araşdırma gedir. Hər şey məhkəmə vasitəsi ilə müəyyən olunacaq. Mənim sözümlə oturub-duran yoxdur. Qanun necə tələb edirsə, məsələ o cür də həllini tapacaq. Biz məhkəmə vasitəsilə münasibətimizi bildirir, iradlarımızı səsləndiririk. Onlar da gedib məhkəmədə hüquqlarını müdafiə etsinlər" – deyə həmsöhbətimiz əlavə edib.
A.Qasımov, həmçinin onun tərəfindən sakinlərə qarşı deyil, adını açıqlamadığı idarəyə qarşı iddia qaldırıldığını qeyd etdi.
Nəşriyyat nümayəndəsi şikayətçilərin səsləndirdiyi ittihamlara isə belə münasibət bildirdi: "Artıq 4 ildir ki, bu məhkəmə çəkişməsi davam edir. Onlar haqqımda müəyyən fikirlər səsləndirirlər. Nə olsun? Onların dedikləri fikirlər heç də təsdiqini tapmır. Haqqımda nə yazırlar, yazsınlar. Onların fikri mənə maraqlı deyil. Sadəcə olaraq, şikayətçilər bu məsələdə medianı çaşdırmamalıdırlar".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










