Qəzalarda nəzərə alınmayan, lakin ölümə səbəb olan vəziyyət: Daxili dekapitasiya nədir?

Bir avtomobil qəzası təsəvvür edin, nəqliyyat vasitəsi qəfil dayanan kimi sürücü oturacağındakı şəxsin başı şiddətlə geriyə doğru hərəkət edir.
Avtosfer.az xəbər verir ki, əslində bu vəziyyət düşündüyümüzdən də təhlükəlidir. Xüsusilə çox güclü zərbə olduqda baş irəli-geri hərəkət edə bilər. Bu qəfil hərəkətlər gizli zədəyə səbəb ola bilər. Bu halın adı daxili dekapitasiyadır.
Bəs avtomobil qəzalarında gizli təhlükə olaraq qarşılaşdığımız bu vəziyyət nə deməkdir?
Daxili dekapitasiya baş və boyun arasında meydana gələn zədədir və bu vəziyyət həyat üçün təhlükə yaradır.

Təəssüf ki, belə bir zədədən sağ çıxmaq ehtimalımız çox aşağıdır. Bəs nə üçün?
Kəllə sümüyünü və boyun fəqərələrini bir yerdə saxlayan birləşdirici toxumaların zədələnməsi və ya qopması nəticəsində meydana gələn bu vəziyyətdə baş fiziki olaraq bədəndən ayrılmır.
Amma daha pis vəziyyət yaranır: baş və boyun arasında sabitlik pozulur.
Kənardan hər şey normal görünə bilər.
Lakin daxilən baş və boyun arasındakı bağlar ciddi zədələndiyi üçün boyunun bədənlə əlaqəsi zəifləyir və onurğa beyni kimi həyati vacib sinir toxumaları zədələnə bilər. Onurğa beyni və beyin sapı kimi bədənimizi idarə edən strukturlar zədələndiyi üçün sağ qalma ehtimalı minimuma enir.
Sürətdə qəfil və şiddətli dəyişikliklər, başın sürətlə irəli-geri hərəkəti və ya başın ani fırlanması zamanı baş verə bilən daxili “baş kəsilməsi” çox ciddi qəbul edilməli vəziyyətdir.
Yol hərəkəti qaydalarına diqqət edərək, avtomobil idarə etmək bu kimi halların qarşısını ala bilir. Eyni zamanda bu vəziyyətə düşən insana erkən müdaxilə həyati əhəmiyyət daşıyır.
Namiq Musayev
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












