Qobustana gəlmək üçün Ələtdə düşüb piyada qayıtmalısan – – VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometrində (Qobustan qəsəbəsində) dayanma-durmanı qadağan edən nişanları yola qoyaraq sürücülərin həmin yolda dayanmasını qadağan ediblər. Bu barədə sürücülər Avtosfer.az-a şikayət edib. Nişanlar üzü Ələt istiqamətinə gedən hissədə yolun sağ kənarına quraşdırılıb. Həmin hissədə sağ tərəfdə kifayət qədər yol çiyni olmasına baxmayaraq bütün avtomobillər üçün dayanmanı qadağan ediblər. Nişanları isə 50-100 metrdən bir təkrar qoyaraq yolu nişanla bəzəyiblər. Orada dayanmanın qadağan edilməsinin səbəbi kimi isə bildirirlər ki, həmin yerdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyinə görə dayanmanı qadağan ediblər. Nişan qoyulan yerdən Ələt qəsəbəsinə kimi yolayrıcı olmadığına görə sürücülər Ələtə kimi dayana bilməzlər. Bu isə həqiqətən biabırçı vəziyyət yaradır.
Nişanın ora qoyulması yol nəqliyyat hadisəsinin heç də qarşısını almır. Yol nəqliyyat hadisələrinin səbəbi kökündən araşdırılmalıdır. Videoya baxanda da açıq-aydın görmək olur ki, nişandan əvvəl yük avtomobilləri yolun sağında park edilib. Nişan olan yerdə isə yük avtomobilləri rahat şəkildə park oluna bilərdi. Çünki yol çiyni kifayət qədər genişdir. İndiki halda isə həmin istiqamətdə hərəkət edən avtomobillərin sürücüləri sərnişin düşürmək üçün yalnız Ələt qəsəbəsində dayana bilirlər.
Ümid edirik ki, aidiyyəti qurumlar həmin nişanları oradan götürərək sürücülərin rahat şəkildə yol çiynində dayanmasını təmin edəcək.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












