Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir - Deputat

Rusiyada baş verən hadisə bu hadisə dövlət səviyyəsində kriminal əməl kimi qiymətləndirilməlidir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında deputat, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
O bildirib ki, heç bir şübhəli məqamla insanların evinə basqın təşkil edərək öldürülməsinə bəraət qazandırmaq mümkün deyil:
"Burada bu qədər insanın öldürülməsi və işgəncəyə məruz qalması məqsədyönlü xarakter daşıyır. Bu, birbaşa sifarişlə həyata keçirilən prosesdir. Həmçinin bu Azərbaycana qarşı törədilən ciddi bir aktdır. Bu dövlət bütövlükdə bu cür proseslərin qarşısını almasa, ölkə daxilində ciddi fəsadlara gətirib çıxara bilir. Bu, miqrantların sıxışdırılması kimi qiymətləndirilə bilməz. Bu, birbaşa ölkədə yaşayan şəxslərin dövlətin əli ilə öldürməsindən söhbət gedə bilər".

F. Mustafa qeyd edib ki, Azərbaycanın bu məsələyə sərt reaksiyası anlaşılandır:
"Vətəndaş və soydaşlarımızın qorunması üçün ciddi addımlar atılmalıdır. Bu Rusiya və Azərbaycan arasında strateji müddətli münasibətlərin ruhuna zidd addımdır. Bu eyni zamanda sərnişin təyyarəsinin qəzaya düşməsi ilə eyni zeyniyyətin başqa bir təzahürüdür. Burada dünyası dəyişənlər bizim üçün əziz insanlardır, soydaşlarımızdır. Orada yaşayan vətəndaşların bu cür kriminal hadisəni dövlət strukturları əlilə törədilməsi yolverilməzdir, bəşəri cinayətdir. Bu cinayəti törədənlər mütləq cavab verməlidir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










