Samir Babayevə yüksək vəzifə verildi – FOTO

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev Böyük Britaniyada fəaliyyət göstərən Oxford University Press tərəfindən yayımlanan Human Reproduction Open jurnalına redaktor köməkçisi vəzifəsinə təyin olunub.
Avtosfer.az xəbər verir ki, “Human Reproduction Open” reproduktiv tibb sahəsində aparıcı elmi jurnallardan biridir və European Society of Human Reproduction and Embryology ilə əlaqəlidir. Jurnalın 2024-cü il Impact Factor-u 11.1 təşkil edir və Web of Science (SCIE) üzrə mama-ginekologiya sahəsində 141 jurnal arasında 2-ci, Scopus (CiteScore) üzrə isə 210 jurnal arasında 2-ci yerdə qərarlaşıb.
S. Babayev reproduktiv endokrinologiya və sonsuzluq sahəsində ABOG sertifikatlı mütəxəssisdir və əvvəllər Mayo Clinic-də fəaliyyət göstərib. Onun elmi maraq sahələrinə ovarial toxuma kriopreservasiyası, oosit və embrion keyfiyyəti, eləcə də reproduktiv cərrahiyyədə innovativ yanaşmalar daxildir.
Bu təyinat Qarabağ Universitetinin beynəlxalq akademik fəaliyyətinin və elmi əməkdaşlıqlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır./nocomment.az

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












