Texniki baxışda sürücüdən bu şeylər tələb oluna bilməz- Ərşad Hüseynov - VİDEO

Bir neçə sürücü redaksiyamızın elektron ünvanına yazaraq texniki baxış zamanı onlardan yanıb-sönən qırmızı fənər və avtomobilin diyirlənməyinə qarşı olan dayaqların tələb olunduğunu bildiriblər.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, qeyd olunan əşyalar hər avtomobilin sürücüsündən tələb oluna bilməz. Bu barədə hüquqşünas Ərşad Hüseynov Avto Fm radiosunda yayımlanan verilişdə ona verilən suala cavab olaraq bildirib ki, minik avtomobillərinin texniki baxışı zamanı yalnız dərman qutusu, odsöndürən və qəza dayanma nişanı olmalıdır.
İcazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda qeyd olunanlardan əlavə olaraq diyirlənməyə qarşı dayaqlar da olmalıdır(azı ikisi).
Yanıb-sönən qırmızı fənər isə heç bir nəqliyyat vasitəsi üçün məcburi deyil. Bu fənər qəza dayanma nişanının alternativi kimi istifadə edilə bilər.
Fərid
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












