Xırdalan və Masazıra metro xətti nə vaxt çəkiləcək?

Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. Ancaq Bakının ən problemli, tıxac yaşanan istiqamətlərindən biri olan Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə 2040-cı ilə qədər metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb. Metro xəttinə ən çox ehtiyac olan istiqamət üzrə işlərin 15 ildən da sonraya qalması narahatlıq və çaşqınlıq yaradır. Maraqlıdır, niyə birinci ən çox metro xəttinə ehtiyac duyulan əraziyə metro xətti çəkilmir?
Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, görülən bütün iş və həyata keçirilən layihələr Bakının Baş Planına uyğun olaraq aparılır və ona görə də tələskənliyə yol vermək olmaz:
“Bəli, Xırdalan, Masazır istiqaməti şəhərin ən problemli yeridir və bunu heç kəs danmır. Təəssüf ki, 2040-cı ilə qədər həmin istiqamət üzrə metro xəttinin çəkilişi nəzərdə tutulmur hələ ki. Halbuki ən çox o istiqamətdə alternativ nəqliyyat vasitələrinə ehtiyac var.
Ancaq onu da bildirim ki, bu yaxınlarda metropoliten rəhbərliyi ilə keçirilən görüşdə bildirildi ki, bu heç də son qərar deyil. Yəni ola bilər ki, işin gedişindən asılı olaraq 2 il sonra daha fərqli qərar verilsin. Ola bilər, 2 il sonra qərar verilər ki, o ərazilərə metro xətti çəkilsin. Yəni bu mümkündür. Hesab edirəm ki, bu, baş tuta bilər”.(Tribuna.info)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










