Xırdalanda ACINACAQLI VƏZİYYƏT: Dizə çıxan su və məişət tullantıları - VİDEO

Abşeron rayonu Xırdalan şəhərində yağış suları acınacaqlı vəziyyət yaradıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, Xırdalanda 26-cı məhəllədəki marketlərdən birinin yaxınlığında binanın həyətinə həm yağış suları, həm də məişət tullantıları dolub.
Məsələ ilə bağlı Oxu.az-a Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib ki, Xırdalan şəhərinin bir hissəsi istisna olmaqla, rayonun bütün kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
"Buna görə də sakinlər tərəfindən uzun zaman öncə kustar üsullarla, norma və tələblərə cavab verməyən kanalizasiya xətləri çəkilib.
Aramsız yağan son yağışlardan sonra mövcud olan kanalizasiya kollektorlarının və nasosların fasiləsiz işləməsinə baxmayaraq, yağış sularının tam axıdılması çətinləşib və nəticədə bir neçə küçədə su yığılması müşahidə edilib.
Bununla əlaqədar olaraq bildiririk ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin və aidiyyəti təşkilatların nümayəndələri tərəfindən koordinasiyalı şəkildə suyun müxtəlif vasitələrlə axıdılması istiqamətində tədbirlər həyata keçirilir", - deyə açıqlamada vurğulanır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












