Yol polisinin yeni avtomobilinin özəllikləri nədir? - Ekspertdən açıqlama

2019-ci ilin əvvəlində Azərbaycanda yol polisinin avtomobil parkına yeni “Mercedes” avtomobilləri əlavə olunacaq. Məlumata görə, avtomobillər Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat şöbəsinə təhvil verilib. Bəs görəsən bu avtomobillərin özəllikləri nədən ibarətdir? Bununla bağlı Azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu avtomobillər bir çox özəllikləri özündə birləşdirib: “Bu avtomobillər dünya ölkələrindən yalnız ikisində - Avstriya və Azərbaycanda yol polislərinə verilib. “i-Patrul” sisteminin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Əvvəlki avtomobillərdə bir neçə proses ayrı-ayrılıqda aparılırdısa, bu avtomobillərdə bir neçə prosesi eyni anda yerinə yetirmək mümkündür. Deyək ki, beş avtomobil yan-yana gedir, beşi də sürət həddini aşıb. Əvvəlki sistem yalnız onun birini aşkarlaya bilirdi. Amma bu avtomobillərə quraşdırılan o xüsusi sistem onların beşini də eyni vaxtda aşkarlayıb sürücü barəsində protokol tərtib edə bilir. Buna elektron qərar deyilir. Həmin məlumat mərkəzi bazaya göndərilir”.
Ekspert əlavə edib ki, yeni gətirilən avtomobillərdə yan istiqamətlərdə ''Nömrətanıma'' və GPS modulu var: “Bu sistem vasitəsilə oğurluq və ya qaçırılmış avtomobillər tez bir zamanda aşkar ediləcək. Yol Patrul Xidməti avtomobilində perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları mərkəzi serverdə arxivləşdirir”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?











