Yolun ortasında sərnişin düşürən avtobuslar – VİDEO

Babək prospektində təmirdən sonra ictimai nəqliyyat üçün xüsusi xətt çəkilsə də avtobuslar faktiki olaraq bu yoldan heç bir halda istifadə edə bilmirlər. Çünki sürücülər bu və ya digər səbəblərdən məhz bu yolun üzərində avtomobillərini park edirlər.
Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, avtobuslar üçün zolağın ayrılması ideal görünür. Görüntünü isə avtobus nişanı üzərində dayanan minik avtomobilləri və öz yerində özünə yer tapmayan avtobuslar pozur.
Prospekt boyu onlarla dayanma-durmanı qadağan edən, avtobus yolu olduğunu diqqət çatdıran nişanlar qurulub. Bu zolağın üzərində ard-arda düzülən avtomobil sürücülərinin də öz arqumentləri var. “Obyekti tikdirəndə düşünmək lazımdır ki, bura maşın girəcək. Mənim maşınım da xarabdır, qalmışam burada, harada saxlayım?”, - deyə sürücülərdən biri bildirib.
Digər sürücü isə qeyd edib ki, avtomobillər üçün dayanacaq olmalıdır. “Harada parklayaq? Ora giririk obyekt sahibi deyir burada saxlama, bəs, harada dayanaq?”, - deyə bir sürücü şikayətlənib.
Maraqlı sualdır, çünki Babək prospekti ətrafında yaşayış və ictimai iaşə obyektlərinin çox olduğu yoldur.
Bu yolda avtomobillərin park edilməsi üçün neçə yerdə parklama yerinin olduğunu görmək üçün aparılan müşahidələr göstərir ki, bu yolda demək olar ki, bir dənə də olsun parklanma yeri yoxdur. Sürücülər ən yaxşı halda obyektlərin qarşısında olan yerlərdə avtomobillərini saxlayırlar.
Belə hallar onsuz da parklanma qaydalarını pozmağa meyilli olan sürücülərə özlərinə haqq qazandırmaq şansı verir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












