Azərbaycanda ən sürətli yola 130 nişanı qoyuldu - Yol polisi XƏBƏRDARLIQ ETDİ - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
***
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 km-lik hissəsində yeni nişanlar quraşdırılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Elxan Yusifli məlumat paylaşıb.
O bildirilib ki, ödənişli yolda 3,5 tonadək çəkisi olan avtomobillər üçün saatda 130 kilometr sürət limitini göstərən nişanlar quraşdırılıb. Bu da artıq sürücülərin həmin nişanın tələbinə uyğun hərəkət edə biləcəyini göstərir.
Qeyd edək ki, dəyişiklik “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda öz əksini tapıb. Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşib.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Xatırladaq ki, Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: 3 bal100 manat cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO












