Bu küçədə hərəkət istiqaməti dəyişdirildi; sürücülər çaş-baş qaldı - VİDEO

Paytaxtın Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.
Avtosfer.az xəbər verir ki, artıq bu küçə bir tərəfli yol kimi fəaliyyət göstərəcək. Əvvəl Həsən Əliyev küçəsi ilə kəsişməyə qədərki hissədə hərəkət iki istiqamətli idi. Buna görə də tez-tez həmin hissədə tıxac yaranır. İndi yalnız bir istiqamətdə hərəkət üçün nişanlar və yerdə istiqaməti göstərən xətlərdə dəyişiklik edilib. Dəyişikliyin məqsədi həmin ərazidə yaranan sıxlığın aradan qaldırılması və nəqliyyat axınının daha nizamlı şəkildə tənzimlənməsidir.
Lakin bəzi sürücülərin hələ də bu yenilikdən xəbərsiz olması nəticəsində ərazidə müəyyən çaşqınlıqlar müşahidə olunur. Bu isə həm yol hərəkətinin təhlükəsizliyinə, həm də ümumi axına mənfi təsir göstərir.
Aidiyyəti qurumlar sürücülərə xəbərdarlıq edərək bildiriblər ki, yeni təşkil olunan hərəkət sxeminə əməl etməyənlər inzibati məsuliyyət daşıyacaqlar. Sürücülərdən isə xahiş olunur ki, küçədə quraşdırılmış yeni nişanlara diqqət yetirsinlər və qaydalara uyğun hərəkət etsinlər.
Qeyd edək ki, AYNA bir neçə ay öncə hərəkətin təşkilində ediləcək dəyişikliklərlə bağlı videomüraciət yaymışdı. Görünür, ərazidə işlərin tam başa çatmaması və bəzi sürücülərin yeni nişanlara və nişanlanma xətlərinə diqqət etməməsi müəyyən problemlər yaradır.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












