Bu yola yeni xətlər çəkildi: Zolağı düzgün seçməyənlər cərimələnəcək - VİDEO

Bir neçə gün öncə paytaxtın Nəriman Nərimanov prospekti ilə Qurban Xəlilov küçəsinin kəsişməsinə svetofor obyekti quraşdırıldı. Həmin kəsişmədə hər iki istiqamətdən gələn sürücülər arasında konflikt yarandığı üçün, svetoforun vacibliyi qaçılmaz idi. Lakin svetofor obyekti quraşdırıldıqdan sonra hərəkətin təşkilinə də köklü dəyişikliklər edilib. Belə ki, Nəriman Nərimanov prospekti istiqamətindən gələn nəqliyyat axınını kanallaşdırmaq üçün təhlükəsizlik adacığı tətbiq edilib. Dəyişikliyə əsasən yolun sol iki zolağı yalnız Mikayıl Müşfiq küçəsi istiqamətinə, sağ iki zolaq isə Qurban Xəlilov küçəsi istiqamətinə hərəkət üçün ayrılıb.
Əsas problemlərdən biri, sürücülərin yeni təşkil olunmuş hərəkət sxemi barədə əvvəlcədən yetərincə məlumatlandırılmamasıdır. Xüsusilə, zolaqlar üzrə hərəkəti bildirən 5.8.1 yol nişanlarının quraşdırılmaması, sürücülərin çaşqınlıq yaşamasına və nəticədə qaydaları pozmasına gətirib çıxarır. Məhz bu səbəbdən bəzi sürücülər təhlükəsizlik adacığının üzərindən keçərək əvvəlki hərəkət trayektoriyasını davam etdirməyə çalışırlar. Əgər bu nişanlar öncədən quraşdırılsaydı, sürücülər vaxtında hansı zolaqla hərəkət etməli olduqlarını bilərdilər.
Qeyd edək ki, günün pik saatlarında Mikayıl Müşfiq küçəsi istiqamətinə nəqliyyat axını çox olduğu üçün ayrılmış iki zolaq kifayət etmir. Bu səbəbdən yolda sıxlıq yaranır. Həmin istiqamətdə azı 3 zolağın təşkil edilməsi daha məqsədəuyğun olardı.
Fərid
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ












