Bu yoldakı nişanlar sürücüləri qayda pozmağa məcbur edir - VİDEO

Bakıda hərəkətin təşkilində olan nöqsan sürücülərdə çaşqınlıq yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə sürücülərdən biri videogörüntü çəkərək redaksiyamızın qaynar xəttinə göndərib.
Belə ki, söhbət paytaxtın İsmayıl Talıblı küçəsilə Həsən bəy Zərdabi küçəsinin kəsişməsindən gedir. İ.Talıblı küçəsinin sağ zolağında sağa, sol zolağında isə hərəkətin düzünə məcburiliyini bildirən oxlar tətbiq edilib. Qanunvericiliyə görə, bu oxlar bütövlükdə yolayrıcına şamil olunur. Yəni, hərəkət hissələrinin kəsişmə yerində qüvvəsini itirmir. Bu səbəbdən sol zolaqla hərəkət edən sürücülər yolayrıcından sola dönə bilməzlər. Onlar düzünə hərəkət edərək Sosial Müdafiə Fondunun inzibati binasına daxil olmalıdırlar.
Nişanlanma xətlərinin bu cür tətbiqi sürücülərdə çaşqınlıq yaradır və yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Bu vəziyyətin düzgün həlli üçün aidiyyəti qurumların tez bir zamanda məsələni araşdıraraq lazımi dəyişikliklər edəcəyinə ümid edirik.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












