Məhəmmədi sakinləri bu yoldan narazıdır: Qurumlar uzun müddətdir reaksiya vermir - VİDEO

Son illər ölkənin, xüsusən də Abşeron yarımadasının yol infrastrukturunun inkişafı istiqamətində önəmli addımlar atılır. Bunlardan biri də ötən ay açılışı baş tutan Böyükşor-Pirşağı yolunun tamamilə yenilənməsidir. Yeni və geniş yol nə qədər standartlara uyğun tikilsə belə, ərazidə yaşayan vətəndaşlar üçün problem çıxaran məsələlər də yaranıb.

Avtosfer.az xəbər verir ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsi ərazisində yaşayan sakinlər yeni yolun ətrafında yaranan vəziyyətdən narazılıq ediblər.
Belə ki, magistral yolun 200 metrliyində yaşadıqlarını deyən sakinlər əvvəllər şəhər istiqamətində hərəkət edə bilmək üçün yolun qarşı tərəfinə keçərək taksi, yaxud hansısa nəqliyyat vasitəsinə minə bilirdilər. İndiki halda ərazidə çəpərləmə işləri aparıldığı və yerüstü, yaxud “zebra” təşkil edilmədiyinə görə yoldan istifadə edə bilmək üçün uzun məsafə qət etməli olurlar.
Sakinlər deyir ki, 200 metrlik yolun qarşısında çəpərlər var və buna görə də, yolun digər tərəfinə keçmək üçün 3-4 kilometr məsafəni getməyə məcburdurlar. Üstəlik, yaşayış yerinin yaxınlığında piyada keçidi dı yoxdur.
Məhəmmədi sakinlərinin redaksiyamızın sosial şəbəkə hesabına göndərilən həmin videonu sizə təqdim edirik:
Səfər
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: 3 bal100 manat cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO












