Nişanla svetofor arasındakı ziddiyyət sürücüləri çətin vəziyyətə salıb - VİDEO

Bakının Həsən bəy Zərdabi küçəsi ilə İsmayıl Talıblı küçəsinin kəsişməsində hərəkətin təşkilindəki uyğunsuzluq sürücülər üçün ciddi çətinlik yaradır. Söhbət svetoforun sağa dönmək üçün əlavə yaşıl ox bölməsindən və yolun nişanlanma xəttindən gedir.
Avtosfer.az xəbər verir ki, hazırda sağ zolaqda həm düzünə, həm də sağa hərəkəti bildirən nişanlanma xətti tətbiq olunub. Eyni zamanda svetoforda sağa dönmək üçün ayrıca yaşıl işıq bölməsi mövcuddur. Bu səbəbdən qırmızı işıqda dayanan və düzünə hərəkət etmək istəyən sürücülər yaşıl ox yandıqda arxadan gələn sürücülərin siqnalları ilə qarşılaşır. Nəticədə, həm narahatlıq yaranır, həm də yol hərəkətinin axıcılığı pozulur.
Sürücülər Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək bildirirlər ki, problemin əsas səbəbi zolağın eyni zamanda həm düzünə, həm də sağa hərəkət üçün ayrılmasıdır. Onların fikrincə, sağ zolaq yalnız sağa hərəkət üçün təşkil olunsa və 5.8.1 nişanları quraşdırılırsa problem həllini tapmış olar.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












