Piyada keçidinin yeri dəyişdirilib; əlillər və uşaqlı qadınlar təhlükədədir - FOTO

Bakıda son illər yol infrastrukturu ilə bağlı bir sıra dəyişikliklər edilib, yeni piyada keçidləri təşkil olunub, bəzi keçidlərin isə yerləri dəyişdirilib.
Avtosfer.az xəbər verir ki, məqsəd piyadaların təhlükəsizliyini artırmaq və nəqliyyat axınını daha səmərəli tənzimləmək olsa da, bu dəyişikliklər fonunda ciddi bir problem diqqətdən kənarda qalıb.
Xüsusilə əlilliyi olan şəxslər, uşaq arabası ilə hərəkət edən valideynlər və yaşlılar üçün nəzərdə tutulan panduslar bir çox hallarda yeni piyada keçidlərinə uyğun vəziyyətə gətirilməyib. Nəticədə piyada zolağı yeni yerdə olsa da, pandus köhnə mövqedə qalır və faktiki olaraq istifadəsiz vəziyyətə düşür.
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
Bunun bariz nümunəsi “28 Mall”un qarşısındakı kəsişmədir. 2024-cü ildə həmin ərazidə işıqfor quraşdırılıb, piyada keçidi yol hərəkətinin məntiqinə uyğun şəkildə “sürüşdürülərək” yeni yerə köçürülüb. Lakin pandus əvvəlki mövqedə saxlanılıb. Bu isə o deməkdir ki, fiziki məhdudiyyətli piyadalar ya yolun uyğun olmayan hissəsindən keçməli, ya da təhlükə ilə üz-üzə qalmalıdırlar.
Mütəxəssislər bildirirlər ki, yol infrastrukturu yenilənərkən panduslar ayrıca detal kimi deyil, piyada keçidinin ayrılmaz tərkib hissəsi kimi nəzərə alınmalıdır. Əks halda, kağız üzərində təhlükəsiz görünən keçidlər real həyatda əlçatan olmur və sosial ədalətsizlik yaradır.
Qeyd olunur ki, pandusların yerinin dəyişdirilməsi böyük maliyyə tələb etmir, lakin layihələndirmə və icra mərhələsində diqqət və məsuliyyət tələb edir. Şəhər mühitinin hamı üçün əlçatan olması isə yalnız avtomobil axınına deyil, piyadaların, xüsusilə də həssas qrupların rahat və təhlükəsiz hərəkətinə xidmət etməlidir.
Eltac Zülfüqaroğlu

Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: 3 bal100 manat cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO












