Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - VİDEO

Bura Səbail rayonu, Nigar Rəfibəyli və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsidir. Baku TV-nin "qaynar xətt"inə daxil olan şikayətə görə, sakinlər ərazidə yol nişanlanmasının düzgün aparılmadığını bildirirlər.
Sakinlərdən birinin sözlərinə görə, problem yol nişanları ilə yerdəki xətlərin bir-birinə zidd olmasıdır: "Asfalt çəkildikdən sonra bura ağ xətlər (parklanma yerini bildirən) vurdular. Qaydaya görə, ağ xəttin sol tərəfində avtomobil saxlamaq olar. Lakin dünən yolun girişinə 3.27 (Dayanmaq və durmaq qadağandır) nişanı quraşdırılıb. Sürücü gələndə həmin nişanı görüb maşını saxlamır. Maraqlısı budur ki, həmin nişandan birini də əks istiqamətdə - üzü parka tərəf qoyublar, halbuki oradan bu tərəfə maşın gəlmir. Mən digər tərəfdən gəlib maşınımı burada saxlayıram, çünki nişanı görmürəm və yerdəki ağ xətlərə güvənirəm. Amma Yol Patrul Xidməti gəlib maşınları cərimələyir və ya evakuasiya edir".
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yol nişanı ilə nişanlanma xətləri arasında ziddiyyət olmamalıdır:
"Əgər ərazidə dayanma-durma nişanı quraşdırılıbsa, deməli, artıq orada avtomobil saxlamaq qadağandır. Əgər sakinlər bu nişanın qoyulmasını əsassız hesab edirlərsə, müvafiq qurumlara rəsmi ərizə ilə müraciət edə bilərlər".
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












