Universitetin qarşısındakı piyada keçidi necə təşkil edilməli idi? – Ekspert RƏYİ - FOTO

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin qarşısındakı piyada keçidi ilə bağlı mövcud vəziyyətə diqqət çəkərək bunun təkcə texniki qüsur olmadığını, daha geniş mənada sistemli yanaşma problemini əks etdirdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, universitetin önündə formalaşan mühit gələcəyin mühəndisləri üçün birbaşa praktik dərs rolunu oynayır. Lakin bu məkanda müşahidə olunan çatışmazlıqlar piyada keçidinin natamamlığı, “zebra”ya uyğun davamın olmaması və keçidin funksional çıxışının təmin edilməməsi, şəhərsalma və nəqliyyat planlaşdırması baxımından ciddi suallar yaradır.
Tələbələr hər gün istifadə etdikləri mühitdə düzgün və işlək həllər görmədikdə, bu cür natamam yanaşmalar zamanla normal qəbul edilə bilər. Bu isə gələcəkdə layihələndirmə və icra proseslərinə də mənfi təsir göstərir.
Rauf Ağamirzəyev qeyd edib ki, məsələ yalnız bir səkinin və ya keçidin təmiri ilə məhdudlaşmır. Burada əsas məsələ şəhər mühitinə yanaşmanın dəyişdirilməsi, funksional və insan yönümlü dizayn prinsiplərinin tətbiq olunmasıdır.
Ali təhsil müəssisələrinin ətrafı xüsusilə nümunəvi şəkildə təşkil olunmalı, təhlükəsizlik və əlçatanlıq baxımından standartlara cavab verməlidir. Universitetin qarşısı problemli zona deyil, əksinə, düzgün şəhərsalma həllərinin nümayiş olunduğu bir məkan olmalıdır.
Eltac Zülfüqaroğlu

.jpg)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












