Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO

Bakıda hərəkətin təşkilinə edilmiş dəyişiklikdən bir çox sürücünün xəbəri yoxdur.
Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl paytaxtın Nazim Hikmət küçəsində hərəkətin təşkilinə dəyişiklik edilərək həmin ərazidə geriyə dönmə qadağan olunub. Bununla əlaqədar müvafiq yol nişanı da quraşdırılıb.
Lakin bəzi sürücülər dəyişiklikdən xəbərsiz olduqları üçün qaydaları pozmağa davam edirlər. Buna səbəb isə təkcə diqqətsizlik deyil. Belə ki, videodan da göründüyü kimi, geriyə dönməni qadağan edən yol nişanı ağacın arxasında qaldığından sürücülər onu rahat şəkildə görə bilmirlər.
Qanunvericiliyə görə, nişan elə yerdə quraşdırılmalıdır ki, sürücülər onu vaxtından əvvəl görüb qavraya bilsinlər.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar tez bir zamanda yaranmış problemi aradan qaldıracaq.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












