Yasamaldakı bu “zebra” piyadalar üçün təhlükə yaradır - VİDEO

Bakının M.Müşfiq küçəsində, Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinə gedən yolda yerləşən piyada keçidi sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, keçid hazırda yolun döngə hissəsindədir və bu, həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.
Sakinlər bildirirlər ki, piyada keçidi bir qədər aşağıya salınsa, həm piyadaların yolu keçməsi rahatlaşar, həm də sürücülər onları daha tez görə bilər. Mövcud vəziyyətdə isə döngədə qəfil görünən piyadalar sürücülərin manevr imkanlarını məhdudlaşdırır və qəza riskini artırır.
Qeyd olunur ki, küçədə nəqliyyat axını kifayət qədər sıxdır, xüsusilə də pik saatlarda vəziyyət daha da təhlükəli olur. Bu səbəbdən, piyada keçidinin indiki yerdən köçürülməsi ümumi yol hərəkəti təhlükəsizliyinə müsbət təsir göstərə bilər.
Sakinlər aidiyyəti qurumlara müraciət edərək, Yasamal Rayon DYP şöbəsinə gedən yolda yerləşən bu problemin tez bir zamanda həll edilməsini xahiş edirlər.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












