Yollardakı işıq dirəkləri səkidə hərəkətə mane olur – AİDİYYƏTİ QURUMLAR İŞİ TƏXİRƏ SALIR - VİDEO

Paytaxtın bəzi küçələrində piyadalar səkidə rahat hərəkət etməkdə çətinlik çəkirlər. Yol kənarlarını, piyadaların hərəkət etdiyi əraziləri zəbt edən obyektlər bir kənara, üstəlik, dövlət qurumlarının səhlənkarlığı səbəbilə şəhərdəki səkilərin vəziyyəti sanki görməzdən gəlinir.
Avtosfer.az xəbər verir ki, bu dirəklər əsasən məhəllədaxili yollarda yerləşdirilsə də, bəzi ərazilərdə daha estetik görünüş yaratmaq məqsədilə adi işıq dirəklərindən daha enli konstruksiyalar quraşdırılır. Problemin kökü isə səkinin təşkil edilərkən normalara uyğunlaşdırılmamasındadır. Belə ki, bir çox mərkəzi küçə və prospektdəki səkilərin bir hissəsi müəyyən ərazidə geniş olsa da, sonradan salınan yaşıllıqlar, tunellər səbəbilə daralır. Bu da geniş səkilər boyu 50 metrdən bir quraşdırılan işıq dirəklərinin daralan səkidə hərəkətə mane olur.

Bəzi küçələrdə səkilər avtomobillər üçün parkinq kimi istifadə edildiyi üçün piyadalar yolun hərəkət hissəsi ilə hərəkət etməyə məcbur qalırlar. Üstəlik, geniş işıq dirəklərinin səkiyə quraşdırılması bu problemi daha da dərinləşdirir. Xüsusilə, uşaq arabaları ilə hərəkət edən valideynlər, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün vəziyyət daha çətinləşir.
Şəhərsalma qaydalarına uyğun olaraq piyadaların rahat hərəkəti üçün səkilərin minimum standartlara cavab verməsi vacibdir. Lakin bəzi hallarda abadlıq və dizayn işləri zamanı piyadaların rahatlığı ikinci planda qalır.
Vətəndaşlar aidiyyəti qurumlardan bu məsələyə diqqət yetirməyi, piyadaların hərəkətinə mane olan işıq dirəklərinin daha uyğun yerlərdə quraşdırılmasını və səkilərin piyadalar üçün əlverişli hala gətirilməsini tələb edirlər. Əks halda, bu problemlər piyadaların təhlükəsizliyini risk altına almağa davam edəcək.
Qeyd edək ki, ölkə başçısının ötən il verdiyi sərəncama əsasən, 2025-2030-cu illərdə Bakının nəqliyyat infrastruktur ilə bağlı səkilərdə də dəyişiklər edilməsi gözlənilir.

Mövzu ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən işıq dirəkləri uzun illər öncə yol çəkilməsi zamanı aidiyyatı qurum tərəfindən quraşdırılıb.
Eltac Zülfüqaroğlu
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR
Bu yol nişanları motosiklet qəzalarını azaltmağa kömək edir – EKSPERT - FOTO
“Prius” sürücüsündən təhlükəli manevr; körpüdə əks istiqamətə çıxdı – VİDEO
Bu küçədə avtobus zolağına girmək olar, yoxsa yox? – Ekspert aydınlıq gətirdi – VİDEO
Zolaqların dalğavari təşkili nəyə xidmət edir? – Ekspert AÇIQLADI
Bu küçənin hər iki tərəfinə nişan quraşdırıldı - DAYANANLAR CƏRİMƏLƏNƏCƏK - VİDEO










