Biləcəridə küçə ticarəti narazılıq yaratdı: Polis tədbir gördü - VİDEO

Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində küçə ticarəti ilə məşğul olan şəxsin fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az-a daxil olan şikayətdə bildirilir ki, həmin şəxs həm yolun hərəkət hissəsini, həm də səkini zəbt edərək vətəndaşların və sürücülərin gediş-gəlişinə ciddi maneə yaradır.
Vətəndaşın sözlərinə görə, həmin şəxs səhər saatlarından axşamadək yolun kənarında qarpız və yemiş satmaqla yanaşı, ərazidə antisanitariya vəziyyəti yaradır. Şikayətdə qeyd olunur ki, məhsulların saxlandığı və satıldığı sahədən yayılan pis qoxular ərazidən keçən sakinləri narahat edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Avtosfer.az-a bildirib ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində küçə ticarəti ilə bağlı hüquqazidd hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb:
“Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tədbir görülüb”.
Fidan
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












