Banner

DYP həftə sonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT ETDİ

Yol polisi 21 Noyabr 2026 10:45
DYP həftə sonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT ETDİ
WhatsApp kanalımıza abunə olun

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonu səfərə hazırlaşan sürcülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib.

Bu barədə Avtosfer.az-a BDYPİ-dən məlumat verilib. 

Bildirilib ki, yollarda hərəkət intensivliyinin artması qəza riskinin yüksəlməsinə təsir göstərir. Hazırda mövsüm üçün xarakterik olan qeyri-sabit hava şəraiti fonunda bu ehtimal daha da çoxalır:

"Həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artması, bu mənada sürücülərdən xüsusilə məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur".

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Bütün hərəkət iştiarkçılarına təhlükəsiz yol arzulayır və səfərlərinin xoş təəssüratlarla yadda qalması üçün qaydalara riayət etməyə çağırırıq!

 

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh