Bu prospektdə piyada keçidinin çəkilməsinə ehtiyac var - FOTO

Paytaxtın Neftçilər və Bülbül prospektlərinin kəsişməsində velosiped keçidlərinin mövcud olmasına baxmayaraq, eyni səviyyədə piyada keçidinin olmaması müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün suallar doğurur. Ötən il həmin kəsişmədə velosiped zolaqları salınarkən eynisəviyyəli velosiped keçidlərinin təşkili müsbət addım kimi dəyərləndirilib. Lakin velosipedçilər üçün şərait yaradıldığı halda, piyadalar üçün analoji keçidin təşkil edilməməsi diqqətdən yayınmayıb.

Mütəxəssislər bildirirlər ki, ərazidə yeraltı piyada keçidinin mövcudluğu problemi tam həll etmir. Belə keçidlər uşaq və əlil arabası ilə hərəkət edənlər, yaşlı və azmobilli şəxslər üçün əlçatan deyil. Bu da piyadaları qayda pozmağa, daha qısa və rahat yolu seçməyə məcbur edir. Eyni zamanda, yeraltı keçidlərin tikintisi və saxlanılması əlavə maliyyə xərcləri tələb edir.
Diqqət çəkən məqamlardan biri də odur ki, Kukla Teatrının yaxınlığındakı oxşar kəsişmədən fərqli olaraq, Neftçilər–Bülbül prospektlərinin kəsişməsində işıqforlar avtomobil axınını da tənzimləyir. Bu isə həmin nöqtədə piyada zolağının təşkilinin nəqliyyatın hərəkətinə ciddi maneə yaratmayacağını göstərir.

Müşahidələrə əsasən, hazırda da insanlar bu ərazidən keçirlər və kəsişmənin işıqforla nizamlanması onların nisbətən təhlükəsiz hərəkət etməsinə imkan verir. Ekspertlərin fikrincə, velosiped keçidi olan kəsişmədə piyada keçidinin də yaradılması həm əlçatanlığı artırar, həm də yol hərəkətinin təhlükəsizliyinə müsbət təsir göstərər.
Eltac Zülfüqaroğlu
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












