DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO

Bakıda svetoforların işində nasazlıqla qarşılaşan vətəndaşlar bu barədə aidiyyəti quruma məlumat verə bilərlər.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bununla bağlı vətəndaşlara müraciət edib.
Bildirilib ki, Bakı şəhərində yerləşən svetoforlar Mərkəz tərəfindən idarə olunur. Paytaxt üzrə yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem yarandıqda bu hallar qeydə alınır, yol polisinə məlumat verilir və nasazlığın aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə yönləndirilir. Pepperoni pizza
Lakin kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda yaranan nasazlıqları dərhal aşkar etmək mümkün olmur.
Bu səbəbdən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və problemlərin operativ aradan qaldırılması məqsədilə vətəndaşlardan belə hallarla qarşılaşdıqda məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, svetoforlardakı nasazlıqlarla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat fəaliyyət göstərən +994 (012) 590 86 02 nömrəsinə zəng etmək mümkündür.

DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO












