Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO

Bu gün Qaradağ rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində tədbir baş tutub.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Qaradağ rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb.
Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Bu səbəbdən, həmin sürücülərə avtomobilə göstərdikləri qulluğa, ekologiyaya qarşı həssas yanaşmaya görə təşəkkür edilib və “yaxşı yol” arzulanıb. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan 20-dən çox avtomobilin sürücüsünə cərimə yazılıb.
Səfər
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
Motosikletlə təhlükəli hərəkətlər cəsarət deyil, həyatla oynamaqdır - Rövşən Tağıyev - VİDEO
DYP dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ - VİDEO
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












