Qaradağda yol polisi ətraf mühiti çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO

Bu gün Qaradağ rayonunda ölkə üzrə keçirilən “Təmiz hava” aylığı çərçivəsində tədbir baş tutub.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Qaradağ rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb. Qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb.
Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq onlara qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.

Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Bu səbəbdən, həmin sürücülərə avtomobilə göstərdikləri qulluğa, ekologiyaya qarşı həssas yanaşmaya görə təşəkkür edilib və “yaxşı yol” arzulanıb. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan 20-dən çox avtomobilin sürücüsünə cərimə yazılıb.
Səfər
Sumqayıtda 196 sürücü saxlanıldı - Təhlükə yaradıblar - VİDEO
Çevik Polis Alayında xidmət etmək istəyənlərin DİQQƏTİNƏ: Müsabiqə elan olundu - VİDEO
"Ekologiya postu"nun əməkdaşları qayda pozan piyadaları saxladı... - VİDEO
Nəsimidə piyada təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Masazırda motosikl sürücülərinə QARŞI REYD - 45 nəfər saxlanıldı
Nərimanovda keçiddən istifadə etməyən piyadalara XƏBƏRDARLIQ EDİLDİ - VİDEO
Vəsiqəsi əlindən alınan sürücü bu dəfə sərxoş tutuldu - 99-XT-100 - FOTOLAR
Daxili Qoşunlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir - Vilayət Eyvazov - FOTO - VİDEO
DYP səfər zamanı sürücü və piyadaları diqqətli olmağa çağırdı
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - FOTO - VİDEO
Nizamidə piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirildi - VİDEO










