Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO

Sürücülərin radara yaxınlaşarkən sürəti azaltması, radarı keçdikdən sonra isə yenidən sürət həddini aşması yollarda qəza riskini artıran hallardandır.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru “Dalğa FM”in efirində çıxışı zamanı bu məsələyə diqqət çəkib.
O bildirib ki, respublika üzrə ən çox rast gəlinən yol hərəkəti qayda pozuntularından biri müəyyən edilmiş sürət həddinin aşılmasıdır.
Qeyd olunub ki, bəzi sürücülər radara yaxınlaşarkən sürətlərini azaldaraq müəyyən edilmiş həddə uyğunlaşdırırlar. Bu zaman elə təsəvvür yaranır ki, sürücü qaydalara uyğun hərəkət edir. Lakin radarı keçdikdən sonra sürətini yenidən artıraraq növbəti radara qədər yüksək sürətlə hərəkət edir.
Polis mayoru vurğulayıb ki, belə davranışlar ağır nəticələrə səbəb ola bilər. Sürücü müəyyən məsafə qət etdikdən sonra yol-nəqliyyat hadisəsi törədə bilər.
O, sürət həddinin aşılmasını ən təhlükəli yol hərəkəti qayda pozuntularından biri hesab etdiyini bildirib.
Eltac Zülfüqaroğlu
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












