Ötmə qaydasının pozulması ağır qəzaların əsas səbəblərindən biridir - DYP

"Ötmə qaydalarının pozulması yollarda baş verən ağır qəzaların əsas səbəblərindən biri olaraq qalır. Belə halların yaranmasına çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yol şəraitini düzgün qiymətləndirməməsi səbəb olur".
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
"Xüsusilə əks istiqamətli hərəkət zolağına keçərək riskli ötmə aparılması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallardandır. Bu cür toqquşmalarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə qarşı yönəldiyi üçün zərbə qüvvəsi kəskin artır və nəticə çox vaxt faciəli olur".
BDYPİ sürücülərə müraciət edərək xatırladıb ki, ötmə əməliyyatı yalnız yol nişanları və yol-hərəkət qaydaları ilə icazə verilən yerlərdə həyata keçirilməlidir. Qarşı hərəkət zolağına çıxmazdan əvvəl təhlükəsizlik tam şəkildə qiymətləndirilməli və risk yaradan heç bir addım atılmamalıdır.
Hərəkət zamanı diqqətin yalnız yola yönəlməsi, digər nəqliyyat vasitələrinin hərəkətinin düzgün qiymətləndirilməsi və məsuliyyətli qərarların qəbulu mümkün təhlükələrin qarşısını almağa imkan verir.
"Unutmaq olmaz ki, sükan arxasında edilən hər səhv addım təkcə sürücünün deyil, bütün hərəkət iştirakçılarının həyatını risk altına salır.
BDYPİ bir daha bütün sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyin təmin olunmasına məsuliyyətlə yanaşmağa çağırır", - deyə məlumatda bildirilib.

Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
Motosikletlə təhlükəli hərəkətlər cəsarət deyil, həyatla oynamaqdır - Rövşən Tağıyev - VİDEO
DYP dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ - VİDEO
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ












