Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA

Bu gün Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edib. Yoxlamalar zamanı 25-dən çox nəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazın miqdarı yoxlanılıb. Nəticədə, 9 sürücünün qaydaları kobud şəkildə pozduğu aşkarlanıb. Onların barəsində inzibati qaydada cərimə tətbiq edilib. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə isə xəbərdarlıq olunub.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Sürücülərlə söhbət zamanı məlum olub ki, sürücülər avtomobillərinin sazlığına vaxtında qulluq və qaydalar çərçivəsində idarə etməklə nail olublar.
Səfər
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO





















