Yol polisi keçiddən keçməyən piyadaları saxladı, "eskalator işləmir" dedilər - VİDEO

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadalarla bağlı maarifləndirici tədbir həyata keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir əsasən rayonun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində və Azadlıq prospektində təşkil olunub. Piyada zolağı olduğu halda həyatını təhlükəyə ataraq haradan gəldi yolu keçən piyadalarla söhbət aparılıb. DYP əməkdaşları tərəfindən dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib. Piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.
.jpg)
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli piyadalarla maarifləndirici söhbətlər aparıb, “Yol-hərəkəti haqqında” qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verib.
“Azadlıq prospekti” metrosunun yaxınlığında təşkil olunan tədbirdə yaşlılara yolu yalnız piyadalar üçün nəzərdə tutulmuş hissələrdən keçilməsi tövsiyə olunub. Ərazidə yaşayan sakinlər yerüstü keçidləri nasaz eskalatorlarla istifadə etməyin çətinliyini vurğulayıb. Keçiddən istifadədə çətinlik çəkən piyadalara yolu keçməkdə köməklik göstərilib. Piyada keçidindən istifadə etməyən vətəndaşlara xəbərdarlıq edilib və bir daha piyada zolaqlarından və yerüstü keçidlərdən istifadənin onların təhlükəsizliyi üçün əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, ölkə ərazisində piyadaların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Səfər
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR











