Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO

Jurnalist Əziz Orucovun rayona səfəri zamanı maraqlı hadisə yaşanıb. O, ailəsi ilə birlikdə Bərdə rayonuna gedərkən avtomobilinin dövlət qeydiyyat nişanlarından birinin yolda itdiyini son anda öyrənib.
Avtosfer.az xəbər verir ki, Əziz Orucovun sözlərinə görə, hərəkətdə olarkən başqa bir sürücü ona işarə edərək avtomobilin ön dövlət nömrə nişanının yerində olmadığını bildirib. Bundan sonra o, avtomobili saxlayaraq vəziyyəti yoxlayıb və ön nömrə nişanının itdiyini müəyyən edib.
Hadisə zamanı Yevlax postuna (BDYPİ YPXA-nın 8-ci tağımı) yaxın ərazidə olan jurnalist dərhal posta müraciət edib və baş verənlə bağlı məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşları məsələyə operativ şəkildə reaksiya verərək nömrə nişanının son dəfə hansı ərazidə avtomobilin üzərində olduğunu müəyyənləşdiriblər. Daha sonra yol polisi əməkdaşları Əziz Orucovla birlikdə həmin istiqamətdə axtarış aparıblar. Qısa müddətdən sonra itmiş dövlət qeydiyyat nişanı tapılıb. Polis əməkdaşları nömrə nişanının yenidən avtomobilə bərkidilməsində də sürücüyə köməklik göstəriblər.
Jurnalist yaşadığı hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək Yevlax DYP postunun komandiri Aqil müəllimə və ona dəstək göstərən bütün əməkdaşlara təşəkkürünü bildirib.
Eltac
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












