Zərdabda yol hərəkəti təhlükəsizliyi ilə bağlı profilaktik tədbir keçirilib - FOTO+VİDEO

Sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunması və bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Zərdabda polis əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq sayda oturacaqların quraşdırılması halları, sürücülərin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ tələblərə riayət edilib-edilməməsi yoxlanılıb.
Sürücülərlə profilaktik söhbətlər aparılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tövsiyələr verilib. Qayda pozuntusuna yol verən və müvafiq kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmayan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
Hüquq pozuntularının qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri davam etdirilir.
Nərmin



Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO















