Banner

26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO

Avtosfer TV 3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
WhatsApp kanalımıza abunə olun

Dünyanın bir çox böyük şəhərində nəqliyyat sıxlığı gündəlik həyatın əsas problemlərindən biri olaraq qalır. Lakin bəzi ölkələr bu problemin həlli istiqamətində fərqli yanaşmalar tətbiq edirlər. Cənubi Koreyanın paytaxtı Seul isə inkişaf etmiş ictimai nəqliyyat sistemi, müasir yol infrastrukturu və piyadalar üçün yaradılan şəraiti ilə diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev Seul şəhərində çəkdiyi görüntülər və təəssüratları əsasında şəhərin nəqliyyat infrastrukturundan danışıb.

Ekspertin sözlərinə görə, Seulda təxminən 26 milyon insanın yaşadığı bildirilir. Bu göstərici Azərbaycanın ümumi əhalisindən təxminən üç dəfə çoxdur. Buna baxmayaraq, şəhərdə nəqliyyatın təşkili və ictimai nəqliyyatın geniş imkanları tıxac probleminin idarə olunmasına kömək edir.

Seulun nəqliyyat sisteminə metro, avtobus və dəmir yolu xətləri daxildir. Xüsusilə avtobuslar üçün küçələrin mərkəzində ayrıca hərəkət zolaqlarının yaradılması ictimai nəqliyyatın daha sürətli və fasiləsiz fəaliyyətinə imkan verir.

Şəhərin küçələrində yerli istehsal olan avtomobillərə də tez-tez rast gəlinir. Xüsusilə “Kia” və “Hyundai” markalı avtomobillər Seulun nəqliyyat mənzərəsinin ayrılmaz hissəsidir.

Seulun diqqət çəkən digər xüsusiyyətləri isə geniş küçələr, velosiped yolları, yaşıllıq zolaqları və müasir memarlıq nümunələridir. Gecə saatlarında belə küçələrin, xüsusilə piyada keçidlərinin yüksək səviyyədə işıqlandırılması təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.

Bundan başqa, şəhərdə əlçatanlıq məsələsinə də ciddi diqqət yetirilir. Müxtəlif ərazilərdə pandusların quraşdırılması, əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud insanlar üçün uyğun şəraitin yaradılması şəhər infrastrukturunun əsas xüsusiyyətlərindəndir.

Maraqlı məqamlardan biri də çatdırılma xidmətlərində robotlardan istifadə edilməsidir. Belə ki, bəzi ərazilərdə sifarişlər insan kuryerlər əvəzinə kiçik robotlar vasitəsilə ünvanlara çatdırılır.

Bütün bu nümunələr Seulun yalnız müasir memarlığı ilə deyil, həm də nəqliyyatın təşkili, təhlükəsizlik və inklüziv şəhər mühiti baxımından diqqət çəkdiyini göstərir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228441.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 266
ŞƏRH YAZ
Ad

E-mail

Şərh