Banner

Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər - VİDEO

Avtosfer TV 18 Noyabr 2026 12:18
Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Ziya Bünyadov prospektinin köməkçi yolunda sürücülərin səki ilə hərəkət etməsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə prospektin Böyükşor gölü istiqamətində yerləşən hissəsində baş verib. Görüntüləri redaksiyamıza göndərən izləyicinin sözlərinə görə, sürücülər tıxacdan yayınmaq üçün avtomobilləri ilə səkiyə çıxırlar.

Kadrlardan görünür ki, “Changan”, “Mercedes”, “Mitsubishi” markalı və digər avtomobillərin sürücüləri yanacaqdoldurma məntəqəsini keçdikdən sonra səki ilə hərəkətlərini davam etdirirlər. Səkinin bitdiyi yerdə isə yenidən yola qoşularaq digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar.

Şikayətçi bildirir ki, bu mənzərə ilə, demək olar, hər gün pik saatlarda qarşılaşırlar.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228963.html

 

 

Oxunub : 234
ŞƏRH YAZ
Ad

E-mail

Şərh