Banner

99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO

Avtosfer TV 9 Oktyabr 2026 14:44
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
WhatsApp kanalımıza abunə olun

99-AV-999 dövlət qeydiyyat nişanlı Lamborghini avtomobili ilə bağlı tədbir görülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə daha əvvəl Ajans.az-ın Baş redaktoru Tural Museyibov məlumat vermişdi. Əldə etdiyimiz son məlumata görə, avtomobillə bağlı müvafiq tədbir görülüb.

Baş redaktorun təqdim etdiyi görüntülərdə Lamborghini markalı avtomobilin axşam saatlarında Dənizkənarı Bulvar ərazisində hərəkətləri əks olunub. 

Avtomobili 2003-cü il təvəllüdlü Hacı Həsənli Rövşən oğlunun idarə etdiyi bildirilir. Qeyd edək ki, avtomobillə bağlı daha əvvəl məhkəmə qərarının olduğu və sürücünün avtoxuliqanlıq etmədiyi barədə qərar verilib. Bununla belə, avtomobil duracağa yerləşdirilib.

Məsələ ilə bağlı çıxış edən Tural Museyibov sürücülərin maddi imkanlarından asılı olmayaraq, ictimai qaydalara riayət etmələrinin vacibliyini vurğulayıb.

O bildirib ki, yüksək qiymətli avtomobilə sahib olmaq heç kimə ictimai yerlərdə təhlükəli və ya digər şəxsləri narahat edən hərəkətlərə yol vermək imtiyazı vermir. Cəmiyyətdə hər kəs qanun qarşısında bərabərdir və maddi imkanlar başqalarına münasibətdə üstünlük nümayiş etdirmək vasitəsinə çevrilməməlidir.

Tural Museyibov, həmçinin məsələ ilə bağlı tədbir görüldüyünə görə Daxili İşlər Nazirliyinə təşəkkür edib və sürücünün hazırda xaricdə olduğunu bildirib.

bax.tvhttps://player.bax.tv/embed/227699.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

FOTO QALEREYA
Oxunub : 656
ŞƏRH YAZ
Ad

E-mail

Şərh