AAYDA-nın təmir etdiyi yol deşik-deşik olub - SÜRÜCÜLƏRDƏN ŞİKAYƏT - VİDEO

Paytaxtın Ramana qəsəbəsində asfalt örtüyünün çökməsi ilə bağlı sürücülər yenidən redaksiyamızın qaynar xəttinə müraciət ediblər. Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl Ramana–Maştağa (Şuşa–Malıbəyli) yolunun bir neçə hissəsində dərin çuxurların yaranması sürücülərin narazılığına səbəb olmuşdu. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin çuxurları asfaltla dolduraraq problemi müvəqqəti aradan qaldırdı.
Lakin sürücülərin sözlərinə görə, təmir olunan hissələrdə yenidən çökmələr və dərin çuxurlar əmələ gəlib. Onlar bildirirlər ki, yolun bu vəziyyəti avtomobillərə ziyan vurur və çuxurlardan yayınmağa çalışan sürücülər əks hərəkət zolağına çıxmaq məcburiyyətində qalırlar ki, bu da qəza riskini artırır.
Bundan əlavə, ərazidə süni işıqlandırmanın olmaması gecə saatlarında vəziyyəti daha da təhlükəli edir. Çuxurlar barədə əvvəlcədən məlumatı olmayan sürücülər ora düşərək maddi ziyanla üzləşirlər. Bəziləri isə maneədən yayınmağa çalışarkən təhlükəli manevrlər edirlər. Bu isə yolda hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə pozur.
Fərid
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












