Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO

Ötən il "Arzum 999" ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın iştirakı ilə baş verən qəza nəticəsində oğlu Amal Məlikovu itirən Meri Veynq Azərbaycan Respublikasının Prezidentinə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, Meri Veynq videomüraciətində qəzanı törədən şəxsin hüquq-mühafizə orqanlarından gizləndiyini və ölkəni tərk etdiyini bildirib. O qeyd edib ki, təqsirli şəxs əvvəlcə həbs edilsə də, sonradan apellyasiya məhkəməsinin davam etdiyi müddətdə ev dustaqlığına buraxılıb.
Meri Veynin sözlərinə görə, səhhətindəki problemlər səbəbindən məhkəmə proseslərində iştirak edə bilməyib. Bu səbəbdən, övladının ölümündə günahkar olan şəxsin layiqli cəzasını alması üçün Prezidentdən məsələnin nəzarətə götürülməsini xahiş edib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
İyulun 22-də isə apellyasiya məhkəməsi keçirilib və İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












