Avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açıldı; 7 ilədək həbs cəzası... - VİDEO

Gecə saatlarında şəhər küçələrində avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın kurort şəhəri Anapada baş verib.
Belə ki, 18 yaşlı şəhər sakini icarəyə götürdüyü lüks kabrioletlə dostlarının müşayiəti altında şəhər küçələrində təhlükəli anlar yaşadıb. Gənc sürücü məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət qeydiyyat nişanlarını çıxararaq yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Lakin hadisə bununla da bitməyib, o, küçələrin birində hərəkətdə olan avtomobildən tapançadan havaya bir neçə dəfə atəş açıb.
Silah səslərindən və qayda pozuntularından narahat olan sakinlərin dərhal polisə məlumat verməsi nəticəsində "isti izlərlə" əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddətdə həmin şəxsi şəhər ərazisində yaxalayaraq bölməyə aparıblar.
Faktla bağlı artıq cinayət işi açılıb. Xuliqanlıqda ittiham olunan yeniyetməni 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda hadisənin digər təfərrüatları və gəncin silahı haradan əldə etdiyi araşdırılır.
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












