Bakıda yol üstündə gərgin anlar: Piyada ilə sürücü arasında mübahisə yarandı - VİDEO

Paytaxtın Məhəmməd Hadi küçəsində qayda pozan sürücü və piyadanın görüntüləri sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, piyada ayrıcı maneənin üzərindən keçərək yolun müəyyən olunmamış hissəsindən qarşı tərəfə keçməyə çalışır. Üstəlik, o, yaxınlaşan nəqliyyat vasitələrinə diqqət etmədən hərəkət edir.
Bu zaman yaxınlaşmaqda olan motosikletlə piyada arasında toqquşma təhlükəsi yaranır. Görüntülərdə motosiklet sürücüsünün sola manevr edərək avtomobilin sağ tərəfinə keçdiyi də aydın görünür.
Hadisədən sonra piyada əvvəlcə əl işarəsi ilə sürücüyə etiraz edir, daha sonra isə “Görürsən ki, adam keçir” deyərək irad bildirir. Motosiklet sürücüsü isə “Qarşıda piyada keçidi var, oradan keçməlisən” cavabını verir. Piyada isə “İşıqforun qırmızı işığında maşınlar onsuz da dayanır” deyərək hərəkətinə haqq qazandırmağa çalışır.
Qeyd edək ki, görüntülərdə motosiklet sürücüsünün də yol hərəkəti qaydalarını pozduğu görünür. Belə ki, o, eyni hərəkət zolağında avtomobillə yanaşı hərəkət edir. Mövcud qaydalara əsasən, bir hərəkət zolağında avtomobillə motosikletin paralel şəkildə hərəkət etməsinə icazə verilmir. Bu hal yalnız iki motosikletin eyni zolaqda yanaşı hərəkəti zamanı mümkündür.
Ümumilikdə isə həm piyadaların keçid olmayan hissədən yolu keçməsi, həm də sürücülərin riskli manevrləri yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












