Bakının mərkəzində yenicə açılan parkdakı qüsurlar sakinləri narahat edir - VİDEO

Paytaxt ərazisində bu il ərzində, xüsusən də yaz aylarından başlayaraq həyata keçirilən abadlıq, quruculuq işləri, eləcə də nəqliyyat infrastrukturu istiqamətində atılan müsbət addımlar göz önündədir. Yeni parklar salınır, əhalinin şəhərin küçə və prospektlərində rahat hərəkətinin təmini üçün şərait yaradılır və bütün bunlar Bakının piyadayönümlü şəhər olması istiqamətində dinamik irəliləyişi ilə nəticələnir. Lakin atılan addımalrın daxilində hələ də bəzi mənfi nüanslar yenə də gözə çarpır.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən və yenicə istifadəyə verilən parkdakı bəzi problemlər şəhər sakinləri, eləcə də qonaqlar tərəfindən heç də müsbət qarşılanmır.
Belə ki, uzun müddət əhalinin istifadəsi üçün məhdudlaşdırılan, yalnız bir neçə cərgə üzrə hərəkətə icazə verilən parkın, nəhayət ki, noyabr ayının 1-i açılışı baş tutdu. Bakı Dəmir Yolu Xəstəxanasının önündən başlayıb, Aleksandr Puşkin küçəsi boyunca Azadlıq prospektinə qədər uzanan parkda müəyyən qüsurlar ortaya çıxdı ki, bu da sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Məhz buna görə də əməkdaşımız gözə çarpan qüsurlarla bağlı park ərazisində çəkiliş aparıb. O qeyd edib ki, parkın əsas problemlərindən biri fiziki məhdudiyyətli vətəndaşların hərəkətinin təmini üçün parkda kifayət qədər şərait yaradılmayıb. Gözdən əlil şəxslərin parkdakı hərəkətini asanlaşdırmaq üçün yerdə sarı nişanlama xətləri yerləşdirilməyib. Həmçinin parkdakı skamyaların sayında da azlıq müşahidə olunur. Parkın ərazisindəki yaşıllıqların ətrafına quraşdırılan dekorativ bardürlərin arasında bir neçə oturacaq yerləşdirilib. Bununla yanaşı zibil qutuların sayı və onların formaları sakinlərin şikayət etdiyi məsələlərdən biridir. Belə ki, Cəfər Cabbarlının heykəli ətrafında bir neçə zibil qutusu quraşdırılıb və onların da formasının heç də uğurlu olmadığı ilə bağlı fikirlər ortaya çıxıb.
Əməkdaşımızın park ərazisindən çəkdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












