Banner

Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO

Avtosfer TV 6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
WhatsApp kanalımıza abunə olun

Bəzi piyadaların yolu keçərkən təhlükəsizlik qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələri riskini artırır. Xüsusilə, piyada keçidlərində avtomobillərin hərəkətini nəzərə almadan qəfil yola çıxmaq ağır nəticələrə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, blogger Zəki Bağırov sosial şəbəkə hesabında paylaşdığı videoda piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa çağırıb.

O bildirib ki, piyada keçidi tələskənlik, söhbət etmək və ya başqa işlərlə məşğul olmaq yeri deyil. Piyadalar keçidə yaxınlaşdıqda dayanmalı, avtomobillərin hərəkətini gözləməli və yalnız nəqliyyat vasitələri onlara yol verdikdən sonra yolu keçməlidirlər.

Blogger, həmçinin piyadaların yolu keçməzdən əvvəl sol tərəfə baxmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təcili tibbi yardım, yanğınsöndürən və polis avtomobilləri kimi operativ nəqliyyat vasitələrinə də yol verilməlidir.

Zəki Bağırov piyadaların “yol mənimdir” düşüncəsi ilə qəfil hərəkət etməsinin təhlükəli olduğunu qeyd edərək, belə davranışların faciə ilə nəticələnə biləcəyini bildirib.

Qeyd edək ki, piyada keçidinin olması piyadanın təhlükəsizliyinə diqqət etmədən yola çıxması demək deyil. Sürücülər keçidə yaxınlaşarkən sürəti azaltmalı və piyadalara yol verməli, piyadalar isə avtomobilin dayandığına əmin olduqdan sonra hərəkət etməlidirlər. Təhlükəsiz keçid üçün hər iki tərəfin diqqətli davranması vacibdir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/blogger-piyada-kecidinden-kecen-bezi-piyadalara-irad-bildirdi-228549

 

 

Oxunub : 174
ŞƏRH YAZ
Ad

E-mail

Şərh